"Köhnə hamam, köhnə tas" prinsipi ilə heç bir şeyə nail olmaq mümkün deyil - İqtisadi Təhlil İnstitunun rəhbəri 

 

Tanınmış iqtisadçı Məmməd Talıblı yazır...

Naxçıvan rəhbərliyindəki dəyişikliklərdən sonra insanlarda belə bir təəsurat yaranmışdı ki, heç olmasa bundan sonra illərlə üst-üstə toplanmış sosial-iqtisadi problemlərin həlli üçün hansısa addımlar atılacaq. Real məzmunlu reformalara heç olmasa start veriləcək.

Muxtar Respublikanı sərt repressiya və dərəbəylikdən başını götürüb getmiş 100 minlərlə insanın öz doğma yurd-yuvalarına qayıdılmasına başlanılacaq. Bunun üçün Muxtar Respublikaya investorların cəlb edilməsi əlverişli biznes mühiti yaradılacaq.

Mərkəzi büdcədən ayrılan dotasiyanın təyinatı dəyişdirilərək, infrastruktur layihələri hesabına “yuyulmaqda” olan korrupsiya maşını dayandılaraq həmin dotasiyanın dəyinatı daha çox sosialyönümlü xərc maddəsi ilə əvəzlənəcək. Yeni iş yerlərinin açılması, sosial təminat və müdafiə tədbirləri görüləcək və s.

Lakin üzərindən 2 il keçməsinə baxmayaraq bir neçə diqqəti çəkən epizodik yumşalmal elementləri müşahidə edilməkdədir. Bağlanmış çayxanalar açılıb, nisbi nəfəsliklərin əlamətləri hiss olunur. Fundamental dəyişikliklər üçün isə MR rəhbərliyinə ya yüksək səlahiyyətlər verilməli və yeni rəhbərlik qarşısında öhdəliklər qoyulmalıdır, yaxud da ki, “köhnə hamam, köhnə tas” prinsipi ilə heç bir şeyə nail olmaq mümkün deyil.

Başqa problemlər də yaranmaqdadır. Onları da görməmək mümkün deyil. Naxçıvanda muzdlu işçilərin sayı təxminən 2 dəfə azalıb.
Əgər 2023-cü ilin əvvəlində Naxçıvanda 110 min 261 muzdlu işçi var idisə, hazırda bu rəqəm 59 min 612 nəfər təşkil etmişdir.
Bu cədvəldə aşağıdakı rayonlar üzrə özəl sektorda azalmaları görmək olur.

Muzdla çalışanların sayında azalmalar əsasən özəl sektorda qeydə alınıb. Naxçıvanda özəl sektorda işləyən muzdlu işçilərin sayı son bir il ərzində 3 dəfə azalaraq 72 min 645 nəfərdən 23 min 190 nəfərə düşüb.

İqtisadi nəticələri yaxşılaşdırmağın çoxlu sayda yolları var. Bizim dövlət məmurlarımızın beyinlərində olan yeganə resept mərkəzi büdcədən dotasiyanın artırılması hesabına xərcləmələri optimallaşdırmaqdır. Bu əslində çox primitiv metod və bəsit yoldur.
İndi hazırda Naxçıvanda yaşayanları düşündürən odur ki, “dəymə mənə, dəyməyim sənə” metodu ilə Muxtar Respublikanın taleyi hara gedir?

Bu qırılmış taleləri bərpa etməyi hansı yollarını düşünürlər?

Didərgin düşmüş naxçıvanlıları özlərinin doğma yurd-yuvalarına qaytarılması üçün hansı iqtisadi vizyona malikdirlər?

Dərin iqtisadi düşüncəsi olan baş nazirə, mütərəqqi nazirlərə, təsərrüfat idarəetmə təcrübəsi olan icra başçıları ilə, geniş səlahiyyət və dəqiq imtiyaza malik komanda ilə bu depressiv duruma salınmış Naxçıvan Muxtar Respublikanı xilas etmək mümkündür.
Əgər Xilas düstürları, varsa...

Paralel.az 

0.025645017623901