Təhsil islahatlarının yeni dalğası? - dos. İlham Əhmədov
Mətbuatın yazdığına görə ETN tərkibində yeni idarə - "uşaqların hüququnun müdafiəsi" (UHMİ) adlı idarə yaradılıb. Amma ölkədə bu işlə məşğul olan bir dövlət qurumu var artıq: Ailə, qadın, uşaq problemləri üzrə dövlət komitəsi (AQUPDK).
AQUPDK-nin əsasnaməsinin VƏZİFƏLƏR bölümünün 8.1-1 bəndində qeyd edilir: komitənin əsas vəzifələrindən biri uşaq hüquqlarını müdafiə etməkdir. Yəni, uşaqların hüquqlarının qorunmasına dövlət qurumu kimi AQUPDK məsuldur.
Amma ETN də bu adla yeni idarə yaradıb. Bu dövlət qurumlarının fəaliyyətində təkrarçılıq deyilmi? Bu nə israfçılıqdır belə?
ETN may ayında deyirdi ki, bu idarə artıq yaradılıb.
https://tehsilmedia.az/elm/1429-usaqlarin-mudafisi-idarsi-yaradilib
Amma 7 ay sonra-dekabrda isə deyir ki, UHMİ hələ yaradılacaq.
https://www.mektebgushesi.az/2023/12/01/emin-emrullayev-usaqlarin-mudafi%C9%99si-idar%C9%99si-yaradilacaq/
Amma nə vaxt yaradılmasından asılı olmayaraq bu dövlət qurumlarının fəaliyyətində təkrarçılıq və israfçılıqdır.
Uşaqlar üçün ən mühüm hüquq onların təhsil hüququdur. Bu hüquq konstitusiyada və beynəlxalq qanunlarda çoxdan təsbit edilib. Amma məktəb təhsilinin əsas həlledici mərhələsi məktəbin yox, repetitorların ümidinə qalıb. Nazirlik 25 ildir uşaqların bu hüququnu müdafiə etmək əvəzinə, repetitorların hüququnu, repetitorluğun inkişafını müdafiə edir. Deyir ki, dünyanın hər yerində repetitorluq var. Amma niyə demir ki, bizdəki kimi kütləvi repetitorluq dünyada heç yerdə yoxdur?
Bəlkə, islahatların yeni dalğasında birdəfəlik nazirlik öz tərkibində "Repetitorluğun inkişafı idarəsi" də açsın? Bu iki yeni qurum əl ələ verib işləsinlər. Biri uşaqların hüququnu, biri də imkanlı uşaqların inkişafını təmin etsin. Bu dünya təhsil menecmentində bir innovasiya olardı.
Paralel.az