"Evlənən günün səhərisi kişini polis apardı" - VİDEO

 

Xalq artisti Afaq Bəşirqızı "Zarafat bir yana" proqramında həyat yoldaşı Əhməd Təhməzovla necə tanış olduğu haqda danışıb.

Aktrisa başlarına gələn yaddaqalan hekayəni tamaşaçılarla bölüşüb.

"Mənim ən çətin günlərim idi. Bu yandan da qərar çıxdı ki, tanınmış adamların uşaqları mərkəzdə işləməməlidirlər. Mən də İncəsənət Universitetində oxuyurdum. Getdim, girdim, Sumqayıt Teatrına. Başqa hara gedə bilərdim?! Bizim teatr belə idi ki, yolu bir az keçirdin, orada "Qarkom" yerləşirdi. Gedib dedilər ki, olar teatrın 4-5 aktyoru gəlib burada çörək yesin? Onlar razılıq verdilər. Sən demə, o günü asfalt zavodunun yığıncağı idi. Əhməd müəllim də komsomolun katibi idi. Gedib çörək yedim, çıxanda mənə elə gəldi ki, Əhməd mənə söz atdı. Qırğın başladı. Mən də çanta almışdım, hələ də gözümün qabağındadır. Çox gözəl idi, alverçi satırdı 25 manata. Pulunu 3 dəfəyə ödəyəcəkdim. Çantanı ona vururdum ki, tutdu göydə və cırdı. İçində kirşanım var idi, sındı. Getdim polisə verdim. Komsomolun rəsi, taetrın rəhbəri hamı dedi, ərizəni geri götür. Götürmədim. Evləndik, toyun səhəri günü gəlib kişini apardılar. Yadımdan çıxıb, ərizəni götürməmişəm. Onda da cərimə vermək lazım idi. Cəriməmizi ödədik, kişini buraxdılar. Hələ də deyirəm, mənə söz atmısan, boynuna almır", - o bildirib.

 

0.040926933288574