Polis “28 May“ stansiyasının qarşısında maşın saxlayan sürücüləri cərimə edir - 80 AZN...

Polis “28 May“ stansiyasının qarşısında maşın saxlayan sürücüləri cərimə edir - 80 AZN...
 

Nəqliyyat Əlaqələndirmə Şurasının qərarına əsasən, bu gündən metronun "28 May" stansiyasının qarşısına şəxsi avtomobillərlə giriş qadağan edilib. 

BAKU.WS xəbər verir ki, ərazidə müvafiq nişanlar quraşdırılıb. 

Hazırda ərazidə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin və Dövlət Yol Polisi (DYP) əməkdaşları xidmət göstərir. 

Əraziyə yalnız ictimai nəqliyyatın girişinə icazə var. 

Şəxsi avtomobili ilə sözügedən əraziyə daxil olanlar müvafiq olaraq 80 manat cərimə edilir. 

Həmçinin, maşını parklanma ərazisində uzunmüddətdir qalan avtomobillərin çıxarılması üçün vətəndaşlara şərait yaradılır. 

Əvvəl parklanma yeri kimi istifadə olunan ərazi isə boşaldılıb. 

 

0.014581918716431