Ən çox qohum nikahları bu regionlarda olub - RƏQƏMLƏR
Qohum hesab edilən şəxslər arasında qeydə alınmış nikahların sayı 2021-ci ildə 2363, 2022-ci ildə isə 2542 olub.
Paralel.az xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Sosial Tədqiqatlar Mərkəzi və Xalq qəzetinin birgə təşkilatçılığı ilə keçirilən qohum nikahlarla bağlı ictimai müzakirədə məlumat verilib.
Bildirilib ki, belə nikahların pozulmasının sayı 2021-ci ildə 204 olub, 2022-ci ildə isə 608 olub.
Ədliyyə Nazirliyinə istinad edilən məlumata görə, ən çox qohum nikahları Bakıda (742), Mil-Muğan (296) və Lənkəran-Astara (274) regionlarında qeydə alınıb.