Namiq Qaraçuxurlu: Bizə görə başqalarının toyu azalıb

Namiq Qaraçuxurlu: Bizə görə başqalarının toyu azalıb
 

Namiq Qaraçuxurlu Xalq artisti Aygün Kazımova ilə yeni duet hazırladıqlarını açıqlayıb.

Axşam.az xəbər verir ki, bu barədə o, "Gül kimi şou"da danışıb.

Meyxanaçı bildirib ki, artıq mahnı da seçilib: "Deyirlər, bizim duet başlayandan, başqalarının toyu azalıb. Bununla fəxr edən deyiləm. Bu bazarın adamları var, mən də bu bazardayam. Yeni duetlə bağlı ilk addımlar atılıb. Yeni mahnı da seçilib. Qalıb bunu həyata keçirtmək. Proses gedir".

A.Kazımova və N.Qaraçuxurlunun illər əvvəl oxuduğu "Sevirəm", "Bağlanıram" duetləri illərdir hitdir. 

 

0.010749101638794