İmsak və iftarda bu səhvləri etməyin - 18 vacib tövsiyə

İmsak və iftarda bu səhvləri etməyin - 18 vacib tövsiyə
 

Ramazan ayı gələndə oruc tutan hər kəsin qidalanma rejimi tamamilə dəyişir. Buna görə də bədən sağlamlığını qorumaq üçün həm iftarda, həm də sahurda sağlam qidalanmaya fikir vermək lazımdır.

Ölkə.Az "Posta" qəzetinə istinadla Ramazan ayının sağlam keçməsi üçün qidalanma tövsiyələrini təqdim edir:
1. Ramazan ayında diqqət yetirilməli olan mühüm məqamlardan biri də iftar süfrələri üçün hazırlanan yeməklər və onların istehlak miqdarıdır. İftar süfrələrində bir adama çatacaq qidadan 2-3 dəfə artıq yemək olur. İftarda qan şəkəri çox aşağı olduğu üçün qısa müddətdə çoxlu qida qəbul etmək istəyi yaranır. Yol verilən ən böyük səhv yeməyi çox həcmdə və sürətli şəkildə yeməkdir. Nəzarətsiz və çox yemək gecə sizi narahat edə, kökəlməyə və ya mədə-bağırsaq problemlərinə səbəb ola bilər.

2.Həzm problemlərinin qarşısını almaq üçün əsas yeməklərlə yanaşı, qatıq, ayran və kefir kimi probiotik mənbələrdən də istifadə etməyə diqqət edin.

3. İftar süfrələrində xəmir məmulatları, dolma və düyü kimi yüksək karbohidratlı qidalardan yalnız birini seçin.

4. Ramazan ayında şəkərli kompotlar və turşulu içkilərdən uzaq durmaq və ya mümkün qədər azaltmaq lazımdır.

5. İftardan imsaka qədər olan vaxtda aclıq hiss edirsinizsə, meyvə, süd və qatıq kimi qidaları istehlak edə bilərsiniz.

6. Ramazanda gün boyu tox qalmaq üçün imsaka durmaq çox vacibdir. İmsak vaxtı edilən ən böyük imsaka qalxmamaqdır. İmsaka oyanmadığınız zaman onsuz da uzun sürən oruc müddətiniz uzanacaq və vücudunuz gərginləşəcək. 

7. İmsakdan dərhal sonra yatmaq yeməklərin mədənizi narahat etməsinə səbəb ola bilər. Bu vəziyyətin qarşısını almaq üçün daha yüngül qidalara üstünlük verilməlidir. Həddindən artıq yağlı, duzlu, ədviyyatlı qidalardan və qızardılmış qidalardan uzaq durmaq lazımdır.

8. Sahurda zülalla zəngin qidalar qəbul etməklə uzun müddət tox qalmaq mümkündür. Buna nail olmağın ən asan və ən sağlam yolu süd, qatıq, ayran, kefir, pendir, yumurta (qayğanaq, qlazok və yasoyutma) kimi keyfiyyətli zülalları istehlak etməkdir.

9. İmsakda buğda, çovdar çörəyi və yulaf kimi səhər yeməyində rahatlıqla istehlak edə biləcəyiniz qidalara yer ayırın. Un məmulatlarından, o cümlədən keksdən və s. uzaq durun.

10. İmsakda çox duzlu qidalardan uzaq durun. Çünki əks halda duzlu qidalar gün ərzində susuzluq yaradacaq. İmsakda zeytun istəsəniz, ya bol su ilə yuyaraq  2-3 ədəd qəbul edin, ya da ümumiyyətlə yeməyin. 
Eyni zamanda mürəbbə, kompot, bal, bəhməz kimi şəkər tərkibli qidalardan, turş və ləzzətli məhsullar kimi duzlu qidalardan mümkün qədər uzaq durun, bol su için.

11. Qoz, badam və fındıq kimi yağlı meyvələr gün ərzində sizə enerji verəcək və tox tutacaq.

12. Ən azı günortaya qədər su və mineral itkisi səbəbindən təzyiqin aşağı düşməməsi və yorğunluğun qarşısını almaq üçün imsakda mineral su için.

13. Orucunuzu su ilə açın. İftardan sonra əsas yemək əvəzinə xurma, zeytun və ya qan şəkərinizi tənzimləyəcək şorba ilə başlayın. Bundan sonra 10-15 dəqiqə ara verin. Çünki fasilə mədənizdə ani sancılar, ağrılar, həzmsizlik kimi problemlərin, həmçinin çox yeməyin qarşısını alır.

14. Əsas yeməyinizdə tərəvəzlərdən də istifadə edin, ya da qiymə və ətli tərəvəz yeməklərinə üstünlük verin.

15. Yeməyi salatla yemək toxluq hissini artıracaq.

16. İftarda çox ağır və yağlı qidalar, qızardılmış yeməklər yerinə qril və ya sobada bişən ətə üstünlük verin.

17. İftardan sonra şirniyyat yemək istəsəniz, şərbətli şirniyyatlar yerinə südlü şirniyyatlar və ya adi dondurma qəbul edin. Sağlam bir alternativ seçsəniz belə, həftədə iki dəfədən çox şirniyyat istehlak etməməyə diqqət edin.

18. 2-2,5 litr su normasını iftardan imsak vaxtı bitənə qədər içməlisiniz.

 

 

0.02979588508606