Ələsgər Məmmədli və Ruslan İzzətlini 4 ay müddətinə həbs edib
Martın 9-da Bakı şəhəri Xətai Rayon Məhkəməsi “Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli və III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətli barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.
Bu barədə vəkil Aqil Layic Amerikan Səsinə bildirib.
Martın 9-da Bakı şəhəri Xətai Rayon Məhkəməsi “Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli və III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətli barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.
Bu barədə vəkil Aqil Layic Amerikan Səsinə bildirib. Onun sözlərinə görə, Ələsgər Məmmədli qaçaqmalçılıqda ittiham olunur.
Vəkil onun səhhətində problemlərin olduğunu deyib
“Heç bir maddi və prosessual əsaslar yoxdur. Tibbi göstərişlərə əsasən bədəninə təcili şəkildə cərrahi müdaxilə olunmalıdır. Bədənin üç hissəsində şiş var. Səhhəti normal deyil. Qeyd elədi ki, bir az nəfəs almaqda çətinlik çəkir. Çox ehtimal boğazında olan şişlə bağlıdır. Biz tibbi sənədi də məhkəməyə təqdim elədik. Təəssüflər olsun ki, heç bir səbəb olmadan , sadəcə qarşısında olan ittihamı və eyni zamanda təqdimat vəsasətini təsdiq edildi”, vəkil qeyd edib.
Aqil Layic bildirib ki, məhkəmədə çıxış edən Ələsgər Məmmədli həbsinin akademik, ictimai fəaliyyəti ilə əlaqələndirib.
Vəkil həmçinin heç bir fiziki zorakılıq və pis rəftar olmadığını bildirib. Qərara münasibətə gəldikdə isə vəkil bunları deyib:
“Ələsgər bəy təəssüf elədi. Dedi ki, bu qərarı verənlər üçün də nə zamansa baş ucalığı gətirməyəcək. Sabah mənim səhhətimə bir şey olsa ən azından daxili vicdanı ilə üz üzə qalacaqlar”, vəkil əlavə edib.
Aqil Layıc birinci instansiya məhkəməsindən apellyasiya şikayəti veriləcəyini də qeyd edib.
Ələsgər Məmmədlinin yaxınlarının Amerikanın Səsinə dediyinə əsasən, onun evində axtarış zamanı 60 min avro pul tapılıb.
Məhkəmə Demokratik Təşəbbüslər İnstitutu və lll Respublika Platformasının üzvü Ruslan İzzətlini də 4 ay müddətinə həbs edib. O, həmçinin qaçaqmalçılıqda ittiham olunur.