Bakı - Sumqayıt yolunda qəza olub, ağır yaralanan var

Bakı - Sumqayıt yolunda qəza olub, ağır yaralanan var
 

Bakı – Sumqayıt yolunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Qəza zamanı yaralanan 1994-cü il təvəllüdlü Cəfərov Səmral Arif oğlu təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona bel fəqərəsinin sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

0.013642072677612