Cavanşir Məmmədov pulsuzluqdan gileyləndi: “Fəhlə bizdən yaxşı yaşayır” - VİDEO

Cavanşir Məmmədov pulsuzluqdan gileyləndi: “Fəhlə bizdən yaxşı yaşayır” - VİDEO
 

Əməkdar artist Cavanşir Məmmədov maddi durumundan şikayətlənib. Müğənni özünün və həmkarlarının lüks həyat yaşamadığını bildirib. 

Yenisabah.az xəbər verir ki, Cavanşir Məmmədov bu barədə Amil Xəlilin aparıcısı olduğu “Gəl danış” verilişində açıqlama verib. O, sənət adamlarının kənardan göründüyü qədər təminatlı olmadığınə bildirib:

“Kənardan elə görünür ki, müğənnilər lüks həyat yaşayır. Amma belə deyil. Müğənni iki ay məhərrəmlikdə, bir ay Ramazan ayında toya getmir. Azərbaycanlılar yanvar-fevral aylarında  toy etmirlər ki, soyuqdur, heç kim gəlməyəcək. Təxminən, ilin yarısını işləmirik. Müğənni haradan pul qazanmalıdır?!”

Əməkdar artist sənət adamlarını fəhlə ilə müqayisə edib və üstünlüyü ikincilərə verib: 

“Fəhlə hər gün işləyir, müğənni isə bəzən aylarla işsiz qalır. Ustanın yanına gedirsən ki, bu əşyanı düzəlt. Deyir ki, gözlə, yemək yeyirəm, çay içirəm. Amma müğənni bunu deyə bilmir. O, toy başlayandan qutarana kimi oxumalıdır”. 

Verilişin aparıcısı Amil Xəlil əməkdar artistin bu sözlərinə etiraz edib. Aparıcı ölkədə hamının bir-birini yaxşı tanıdığını, kimin necə dolandığının hər kəsə bəlli olduğunu deyib. 

 

0.023421049118042