"Hədiyyə almırsınızsa, bunu etməsəniz, daha hörmətli olarsınız"
"Tam ciddi deyirəm, məni 8 Mart bayramı münasibəti ilə mesajla, şablon video və şəkillərlə təbrik etməyin. O boş mənasız şəkilləri telefonumdan silməyə dəyərli vaxtımı sərf edirəm".
Paralel.az xəbər verir ki, bu sözləri müğənni Nura Suri sosial media hesabında yazıb. O, hədiyyəsiz gələn təbriklərə ehtiyacı olmadığını deyib.
"Heç olmasa, instaqramda şəklimin altına şərh yazın, səhifənin aktivliyi qalxsın, bir xeyriniz gəlsin. Təbrik etmək üçün hədiyyə almağa gücünüz yoxdursa, xahiş edirəm, heç təbrik etməsəniz, (mesaj, video, şəkil) daha sanballı, hörmətli olarsınız. Sağ olun!", - deyə Nura bildirib.