"Açıq mikrofon"da Arayatılı kəndinin sakinlərinin problemləri dinlənildi

 

Ümumilikdə 9 müraciətin səsləndiyi "Səyyar qəbul otağı" bu dəfə Füzuli rayonunun Arayatılı kəndində qurulub. Mikrofon önünə keçən İntiqam Qasımov istehlak olunan təbii qaza görə yaranan debitor borcun araşdırılmasını istəyib. Vəli Mehtiyev və Mahir Hüseynovun müraciətləri isə mənzildaxili xəttə baxış keçirilməsi ilə bağlı olub. Kənd sakini Namiq Şükürov fərdi yaşayış evinə əlavə sayğacın quraşdırılmasını xahiş edib. Səsləndirilən bəzi müraciətlərin icrasına dair Birliyin məsul şəxsləri tərəfindən yerində tapşırıq verilib. Araşdırılması lazım olan bəzi müraciətlər aidiyyəti üzrə yönləndirilməsi üçün qeydiyyata alınıb.

Paralel.az 

0.025079965591431