Bərdənin Kürdlər kəndində həkim jurnalistə nə qalmadı deməsin? - VİDEO

Bərdənin Kürdlər kəndində həkim jurnalistə nə qalmadı deməsin? - VİDEO
 

TƏBİB və Səhiyyə Naziriliyi xalqa xidmət etmir, rüşvətə qulluq edir

Səhiyyə sistemi barədə ölkə mediası dəfələrlə və çoxsaylı faktlarla zəngin olan tənqidi yazılarla həyacan təbili çalır. Həmin yazılarda Azərbaycanda rüşvətxorluğun açıq şəkildə meydan suladığı sahələr arasında öndə duran sahələrdən birinin səhiyyə sistemi olduğu qeyd edilir!..

Əvvəla,vqeyd edək ki, ölkənin vəzifəli və imkanlı insanları Azərbayan səhiyyəsinə inanmır və buna görə də sağlamlıq problemini həll etmək üçün xarici ölkələrin tibb ocaqlarına üz tuturlar! Eyni zamanda, onu da qeyd edirik ki, ikibaşlı tibb əjdahası ölkənin sadə, zəhmətkeş əhalisinə tibbi xidmət göstərmək əvəzinə, onlara zülm edirlər.

Fəaliyyətlərində əsas məqsədləri yalnız ölkənin tibb müəssisələrinə direktor, baş həkim, şöbə müdiri və digər vəzifələrə rüşvətlə kadr təyin edən və haram qazanc əldə edən TƏBİB və Səhiyyə Nazirliyinin rəhbərliyi yerli tibb orqanlarının fəaliyyətinə nəzarət etmirlər.

Baxın, sübut ortadadır! Ağcabədi rayonunun Kürdlər kəndində fəaliyyət göstərən tibb məntəqəsinin yerləşdiyi yarasız, tam dağılmış, bərbad binada əyləşən, iş yerinə xarici avtomobillə gələn müdirinin peşə fəaliyyəti göstərən jurnalistlə kobud, ədalı, həkimdən çox qoçuya bənzəyən şəxsin mübahisəsini əks etdirən VİDEONU oxuculara təqdim edirik:

0.0093791484832764