Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var
Avropa Komissiyasının Qonşuluq və Genişləndirmə Danışıqları üzrə baş direktoru Qert Yan Kupman (Gert Jan Koopman) Cənubi Qafqaza səfərindən sonra Türkiyəyə gedəcək.
Paralel.az xəbər verir ki, bu barədə diplomat “X” səhifəsində yazıb.
“Qarşıda bütün regiona fayda verəcək perspektivli imkanlardan istifadə etmək, həm də problemləri həll etmək üçün çox iş var. İndi mən Avropa İttifaqı ilə mühüm münasibətləri, Ermənistanla Azərbaycan arasında əlaqələrin qurulması layihələri üçün də çox vacib olan Ankaraya gedirəm”, - paylaşımda qeyd edilib.
Qeyd edək ki, Avropa Komissiyasının (AK) Genişlənmə və Qonşuluq Siyasəti üzrə Baş direktoru Qert Yan Kupman Ermənistan, Gürcüstan və sonda Azərbaycanda səfərdə olub.