Vəzifə rüşvət mənbəyinə çevriləndə

Vəzifə rüşvət mənbəyinə çevriləndə
 

Rüşvət yığanlar üçün məhbəs də təhlükəli deyil

Yazını 31 il Dövlət Gömrük Komitısində çalışan generalın vəzifədən azad olunması barədə xəbərin təsirilə yazdım.

Bu xəbərin saytlarda paylaşılması, istər istəməz, adamı xeyli əsəbləşdirir və rüşvətxorluğun geniş yayıldığı Azərbaycanda var-dövlət və asan pul qazanmağın, bəlkə də, ən asan yolu olduğunu, böyüklər bir yana, hətta uşaqlar da bilir.

Tarix təsdiq edir ki, "rüşvətxorluqla mübarizə aparıram"-deyən rəhbərlər daha çox rüşvət yığırlar. Və təsdüfi deyil ki, ən çox həbs olunanlar arasında hakimiyyətə can atan məmurlar heç də az deyil.

Baxın, ölkəmizdə vəzifə tutanların əksəriyyətinin əsas qazanc mənbəyi rüşvət və korrupsiya hesab olunur və buna görə də bütün vəzifəlilər media və ictimaiyyət tərəfindən rüşvət və korrupsiya əməlinə görə ittiham olunurlar.

Məmurlar ölkə iqtisadiyyatının əsasını təşkil edən neftin, qazın satışından əldə olunan maliyyəni hazırda ən çox saxta tenderlər vasitəsilə mənimsəyirlər. Tenderlər ölkə iqtisadiyyatında şəffaflığı təmin etmək məqsədilə təşkil olunsa da, amma bu məasəddən yayındırılır.

Əgər ölkədə cərəyan edənlərə dəqiq fikir vermisinizsə, cənab Prezident ölkədə rüşvətxorluq və korrupsiyaya qarşı mübarizə aparandan sonra xeyli sayda icra başçıları, nazir, nazir müavinləri həbs olundu, amma rüşvət və korrupsiya ilə məşğul olan məmurların sayı azalmadı, əksinə, artdı. Bu onu göstərdi ki, ölkədə rüşvətxorluq hakimiyyətin yuxarı hissəsində vəzifə tutanlar tərəfindən güclü dəstək alır.

Gücüstanın sabiq prezidenti, hazırda hazırkı hakimiyyət tərəfindən məhbəsə atılan Saakaşvilinin rüşvətxorluğa qarşı ölkədə tətbiq etdiyi mübarizə üsulu zəifləyib, lakin hələ də qüvvədən düşməyib, bu, o deməkdir ki, ölkədə vəzifə tam rüşvət mənbəyinə çevrilməyib.

Hər kəs yaxşı bilir ki, rüşvətxorluğun təməli SSRİ zamanında ölkəmizdə keçən əsrin 20-30-cu illərdə xüsusi olaraq məkrli məqsədlə qoyulub. Bütöv bir xalqı rüşvətə öyrətmək, vərdiş aşlamaq heç də sadə, asan iş deyil. Amma Stalin bolşeviklərinin təşkil etdiyi "Xalqlar həbsxanası"nda hazırladıqları "rüşvət və korrupsiya virusu"nu sürətlə yayaraq, xüsusən sovetin tərkibində olan müsəlman xalqların rüşvət və korrupsiyadan iyrənən ağsaqqal-ağbiçəklərini - bəyləri, xanları, dindarları məhv edib, millətin içindən çıxmış yeni "absurd bölşeviklər" zümrəsi yetişdirdilər və bu əxlaqsız zümrə vasitəsilə xalqımızın genini, soyunu və milli adət-ənənəsini dəyişdilər, toy və şadlıq məclislərimizi araqla - çaxırla zəhərlədilər.

Müstəqillik qazanmağımızdan 33 il keçməsinə baxmayaraq, həmin zümrə yenə əksəriyyət təşkil edirərək, soyunun sonundakı -ov, -yev kimi rusun yarlığından belə əl çəkmirlər, Bakı əhalisi rus dilində danışır, hökumətin tərkibindəki məmurların çoxu "ruskoyazıçnı"dır, ruslar Azərbaycanda 340 rus məktəbinin fəaliyyətində qürurla danışırlar.

Belə bir vəziyyətdə 200 il millətimizin canına, qanına rusun yeridiyi "rüşvətxorluq və korrupsiya virusu"ndan qurtulmaq mümkün olmayıb və hələ də, azad olacağına da ümid yoxdur...

0.061785936355591