“Azərçay” - Doğma çay, yoxsa ögey çay? - Rövşən Kəbirli yazır
Millət, stəkandakı maye nə kompot, nə pepsi, nə kola, nə konyak, nə də qırmızı çaxırdır. Soruşmayın, indi özüm deyəcəm: bu həm çaydı, həm də çay deyil. Kəmhövsələ olmayın, izah edirəm. Bu doğrudan da çay dəmidir A. Qozal törəməsinin istehsal etdiyi “Azərçay”, hansı ki, yoxsul təbəqənin əlacsız nümayəndələri kimi, biz gündəlik onu içirik. Amma çoxumuz fərqində deyilik ki, içdiyimiz bu çayın tərkibində təbii çayla yanaşı kimyəvi qatqı da var. Adına kraska deyək. Şəxsən mən bu kraskanın nə olduğunu bilmirəm, amma onu təbii çaydan təmizləməyin metadologiyasını bilirəm. Soydaşlarım deyilsiz, deyim siz də bilin. Eşitmişik ki, çay azı 5-7 dəqiqə dəmdə qalmalıdır, amma ümumiyyətlə “Azərsun” istehsalı olan çayları çaynikə atıb üstünə eləcə isti su tökəndən 2 dəqiqə sonra sanki dəmlənmiş kimi içməyə hazır olur. Əslində isə bu təbii çayın qızartısı yox, ona vurulmuş kimyəvi maddənin rəngidir. Bu maddəni ayırmağın yolları: Quru çayı çaynikə atır üstünə yarsınadək qaynar su alıb, 10-15 saniyə çaxlayıb təxminən 2 dəqiq gözlədikdən sonra lüləyindən süzürsünüz. Stəkanda gördüyünüz bu maye tullantıdır, sanki avtomobilin matorunu yumusan- hisəbəzər tünd qara rəng. Yenidən çayniki qaynar su ilə doldurub qoyursunuz dəmə. Çayın dadı da rəngi də normal olur, yəni təhlükəsiz içmək olar.
Sözüm "Qozal" törəmələrinədir: bir haldakı 5-ci növdən hazırlansa da təbii çay belə babat dəm alır, niyə ona mənşəyi məlum olmayan rəng-kraska vurursunuz? Bilirik güvəndiyiniz ünvan var, üstünüzdə nəzarət-falan yoxdur, daxili bazarda monopolistsiniz amma hər kim olsaq da biz də insanıq axı. Zatən normal qidalanmırıq, təbii məhsullara həsrətik, hətta yağımız belə ölüm saçır. Ə düdük uşağı heç olmasa içdiyimiz çaya zəhər qatmayın da, azca 0.000001 qram şərəfiniz, vicdanınız olsun. Sorağınız ABŞ marketlərindən gəlir, vətəndaş kimi xarici bazara çıxmağınız bizi sevindirir. Ora göndərdiyiniz eyni adlı çayadamı kraska qatırsınız? İnandırıcı deyil, çünki orda dövlətin əsas vəzifəsi vətəndaşın təhlükəsizliyi, sağlamlığı qayğısına qalmaqdır. Çayda qatdı olarsa onun qabını büküb ən yaxşı halda ağzınıza soxarlar.
Gərək ki, bizdə rəhbəri Qoşqar əkə olan Qida Təhlükəsizliyi Agentliyi var. Hara baxır sualını ona görə vermirəm ki, bu “Agent” yuvası əslində güclü himayədarı olmayan hər bir sahibkar subyektinə burnun soxur zor-xoş töycüsün alıb aradan çıxır. Ona görə də bu lazımsız qurumu TƏHLÜKƏLİ QİDA AGENTIİYİ adlandırmaq daha doğru olardı. Təxminən 4 il əvvəl mətbuatda belə bir xəbər getmişdir ki, QTA-nin direktoru Qoşqar Təhməzli (o vaxt soy adı Təhməzov idi) qidadan zəhərlənib. Özünüz nəticə çıxarın da.
P.S: Sağ qalmağınız üçün verdiyim məsləhətə görə pul istəmirəm.
Paralel.az