"Nur şəhəri"nin sahibkarlarını "Açıq mikrofon"a gətirən səbəblər
"Mənə məxsus obyektimin yanından keçən mühafizə zonasına düşmüş qaz xəttinin yerinin dəyişdirilməsində köməklik etməyinizi sizdən xahiş edirəm. Bununla bağlı bir dəfə də müraciətim olub, amma hələ ki, cavabsız qalıb". Bu sözləri sahibkarlıq subyekti Tahir Məmmədov "Açıq mikrofon" aksiyası çərçivəsində Mingəçevir şəhərində baş tutan görüş zamanı bildirib. Digər sahibkar İlham Şirəliyevin də müraciəti qaz xəttinin yerinin dəyişdirilməsi ilə bağlı olub. Aksiyaya Mingəçevir-Xaldan yolunun üzərində yerləşən yeni yaşayış massivindən üz tutan bir neçə sakinin müraciəti isə genişlənən əraziyə küçə qaz xəttinin çəkilişi ilə bağlı olub. SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin məsul şəxsləri tərəfindən qısa müddət ərazində sözügedən əraziyə yerində baxılacağı, mövcud vəziyyətin aidiyyəti üzrə yönləndiriləcəyi diqqətə çatdırılıb.
Xatırladaq ki, görüşdə Birlik rəsmiləri ilə yanaşı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin məsul şəxsləri də iştirak ediblər.
Paralel.az