Telefon alanda bunlara diqqət edin

Telefon alanda bunlara diqqət edin
 

Artıq həyatımızı telefonlarsız düşünmək mümkün deyil. Hətta işdə də demək olar ki, məsələləri onunla həll edirik. Smartfonlar müxtəlif cür olur. Həm qiymət, həm də keyfiyyət baxımından seçimlər etmək mümkündür. Bəs, mobil cihaz alarkən necə seçim etməliyik? 

Lent.az telefon alarkən diqqət etməli olduğumuzu bir neçə nüansı təqdim edir: 

Brend markalara üstünlük verməyin 

Çox vaxt insanlar brend və bahalı markaların arxasıyca gedir. Düşünürlər ki, brenddirsə, yaxşıdır. Ancaq bu belə deyil. Brend telefon almaq istəyirsinizsə, çalışıb o satışa çıxan kimi almayın. Çünki altı aydan sonra flaqmanın ucuzlaşacağına zəmanət verilir. Bu müddətdə onun keyfiyyəti düşməyəcək. 

İstifadə olunanları seçin

Telefonunuzdan qoruyucu üzlüyünü çıxaran kimi o, dəyərini 20 faiz itirəcək. Çünki bir həftədən sonra üzərində cızıqlar əmələ gələcək. Bu pula qənaət etmək və dərhal yenisi əvəzinə işlənmiş telefon almaq daha ağıllı fikirdir. Qısacası, əgər cibinizdə, çantanızda gəzdirəcəksinizsə, məktəblilər üçün alacaqsınızsa və ya maşında, işdə istifadə etməyi planlaşdırırsınızsa, işlənmiş telefonları seçməyiniz məsləhətdir.

Etibarlı mağazadan alın

Telefonu çalışıb sertifikatlı və etibarlı mağazalardan alın. Bu zaman müştərilərə verilən zəmanələrə də diqqət edin. Çünki beynəlxalq şirkətlər zəmanət verməkdən qorxmur. Bütün cihazlar 55 göstərici üzrə sınaqdan keçirilir. Hər şeyi yoxlayırlar: batareyanın tutumundan tutmuş ölü piksellərə qədər...

Yaxşı vaxt seçin

Əvvəlki seriyalardan smartfon almaq üçün ən yaxşı vaxt yeni modelin buraxılmasından bir neçə ay sonradır. Satıcılar reklam kampaniyaları sayəsində flaqmana marağın artmasına reaksiya verir və köhnə modellərdən qurtulmağa çalışırlar.

 

0.02910304069519