“Real Madrid”in baş məşqçisi həbs oluna bilər
İspaniyanın “Real Madrid” komandasının baş məşqçisi Karlo Ançelotti azadlıqdan məhrum oluna bilər.
Axar.az xəbər verir ki, buna 65 yaşlı mütəxəssisin vergidən yayınması səbəb ola bilər.
Belə ki, italiyalı çalışdırıcı 2014-2015-ci illərdə 1 milyon avrodan artıq gəlirini vergidən gizlədiyi üçün Madrid prokurorluğu onun 4 il 9 ay müddətinə həbs olunmasını istəyib.
O, yalnız “kral klubu”nda qazandığı məvacibi vergi müfəttişliyinə göstərib və digər əlavə gəlirlərini isə gizlədib.
Qeyd edək ki, Karlo Ançelottinin İspaniya nəhəngi ilə müqaviləsi 2026-cı ilin yayında başa çatır.