Elnarə mərkəz qurdu, Röyaya atmaca atdı: "Bilmirdim ki, SMM-dir"

Elnarə mərkəz qurdu, Röyaya atmaca atdı:
 

"Hər şey nəzarətim altındadır. Artıq 4 ildir, yaradıcılıq mərkəzim var. Məqsədim yaradıcılıq sahəsində dəyişiklik etmək idi. İndi keçmişəm media tərəfə. İllərdir, dəfələrlə maqazin proqramlarında çalışmışam. Şou-biznes xəbərləri yayımlamışam. Bunu da ondan biri saysınlar. Narahat olmasınlar, onlar üçün rəqib deyiləm. Heç kəsin yerində gözüm yoxdur". 

Bu sözləri Axşam.az-a açıqlamasənda müğənni Elnarə Xəlilova deyib. Sənətçi instaqram hesabını xəbər səhifəsi etməsi məsələsinə aydınlıq gətirib.

E.Xəlilova "Deyirlər, sənət dostunuz sizinlə bağlı xəbərlərin mediada paylaşılmasına qadağa qoydurur. Siz də buna görə belə addım atmısınız" sözlərinə belə reaksiya verib:

"Kimisə narahat etmək, ələ salmaq məqsədim yoxdur. Mənə heç kim qadağa qoya bilməz. Haqqımda hamı paylaşır. O tərəfdən problemim yoxdur. Məqsədim qalmaqal yox, işlərimlə gündəmdə qalmaqdır. Mediaya verməyə material hər zaman var. Bu tərəfdən kasad deyiləm. İndi mənim mərkəzimin tələbələri var, onları piar etməliyəm".

Müğənni bildirib ki, instaqram səhifəsindəki paylaşımları tək özü yox, eyni zamanda komandası da edir:

"Səhifədə fərqli adminlər, müxbirlər çalışır. Təbii ki, hər şey nəzarətim altındadır. Deyim ki, başdan-ayağa mən edirəm, yox. Hətta yazılar, videolar var ki, onlar mənim dəsti xəttim deyil. Şou-biznesdir, söz oyunudur. Hər kəs hər kəsi sözlə qıcıqlandırıb, təhrik edə bilər. Heç kim heç kimə nəyisə sübut edə bilmir. Eləcə də mənə. Çox da narahat olmasınlar. Hamımız bir qazanın içindəyik, düşmən deyilik.  Məndə qıcıq oyadan odur ki, mənimlə münasibəti olan media nümayəndələri zəng edib soruşmur.

Səhifəmi bu formaya salmağıma görə, yaxın dostlarım məni nə qədər qınadı: qaytar bizə o Elnarəni, bizi ondan məhrum qoyma. Əlavə səhifə açmağımı da məsləhət görənlər oldu. Amma onu yenidən yaradıb, yarım milyon etmək vaxt aparacaq. Sənətdə hər şey göstərmişəm. İstedadlı, estetiksiz, təbii müğənniyəm. Bir az da tələbələrim reklam olunsun. Sənət dostlarımın da yeni işlərini paylaşacağam".

Elnarə illərdir, aralarındakı qalmaqal bitməyən Xalq artisti Röya Ayxan və müğənni Natavan Həbibinin onun haqqında verdiyi açıqlamalara da münasibət bildirib:

"Məsləhət görərdim ki, kimləsə kiminsə söhbətinə qarışmasınlar. Burada Elnarə Röya söhbəti varsa, Natavan, qarışma. Elnarə Röyaya heç nə yazmayıb, fakt varsa, göstər. Süjetlərə baxdım. Natavan deyirdi ki, Elnarə söyləyir Röyaya mahnı həsr etmişəm. Röya da deyir ki, versin instaqram səhifəsini işlədim, instaqramını mənə həsr edib. Bilmirdim ki, Röya SMM xidməti göstərir, verərdim işlədərdi. Dost-dosta nə gündə lazımdır.

Başa düşürəm, Natavan gündəmdən kənarda qalıb. Bütün günü Elnarə Röya müzakirə edilir, o qalıb kənarda. Amma demək istəyirəm ki, sənən aidiyyəti yoxdur, qarışma. Adama deyərlər, sən niyə danışırsan? Amma başa düşürəm, bəlkə ən gözəl niyyəti ilə bunu edib. Maraqlısı isə odur ki, Elnarə heç vaxt Röya və Natavan adı çəkmir. Amma onlar bütün müsahibələrində mənim adımı çəkirlər".

 

0.020863056182861