Ermənistanın Azərbaycana qarşı etdiyi cinayətlərə göz yumması Qərbin riyakarlığıdır

Ermənistanın Azərbaycana qarşı etdiyi cinayətlərə göz yumması Qərbin riyakarlığıdır
 

Qarabağ müharibə veteranı, Pedaqoji fəlsəfə doktoru, "Əməkdar mədəniyyət işçisi","Azad Jurnalistlər Təşkilatı" İB-in sədri, Qarabağ Komitəsi İH-nin üzvü...

Qərbin "mələk maskası" təcavüzkar Ermənistanı müdafiə edəndə cırılıb

Dünya normal inkişaf yolunu mənfi istiqamətə dəyişib. Demokratiya və insan haqqlarını əsas dəyər seçən Qərb dövlətlərinin bu dəyərlərdən imtina edərək, təcavüz yoluna tutmasını seyr edirik.

ABŞ və Fransa, Almaniya kimi demokratiya yolu ilə inkişaf etmiş Avropa dövlətlərinin dünyada deyil, yalnız öz ölkələrində demokratiya və insan haqqlarını qorumaqla, dünyada movcud olan avtoritar rejim sayılan Rusiya, Çin, Şimali Koreya kimi ölkələrlə bacara bilmədikləri Ukraynada ortadadır.

Haqqın taptalandığı hazırkı şəraitdə ABŞ, Fransa, Almaniya, Aİ üzvü olan digər inkişaf etmiş dövlətlərin Ermənistanın Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiasını, haqsızlığını müdafiə etməsi adları çəkilən dövlətlərə əvvəl bəslənən inam artıq tam sarsılıb.

Dünyada yaranmış sonu bəlli olmayan hadisələrdən istifadə edən, Rusiya, Çin, Şimal Koreya və bu kimi güclü avtoritar rejimlərə arxalanan xırda avtoritar rejimlər hakimiyyətlərinin daha da möhkəmləndiyini zənn edərək, hər cür mənfi hərəkətləri özləri üçün keçərli sayır və bəzi hallarda, hətta özlərini keçmiş xanların, bəylərin. və sultanların etdiyi hərəkətləri təkrar etməkdən çəkinmirlər.

Rusiya və Türkiyə ilə yaxın münasibət quran, hər iki ölkənin etdiyi güzəşt və dəstək hesabına Ermənistana qalib gələn, 30 il işğal altında olan torpaqlarını azad edən Azərbaycan hazırda Qərb tərəfindən ardıcıl basqılara məruz qalır. Deputatların mandatının AŞPA-da təsdiq edilməməsi, məhz bunun bariz nümunəsidir.

Ermənistan isə szdə Rusiyadan uzaqlaşmağa cəhd etdiyinə, KTMT-dən çıxmaq barədə bəyənat verdiyinə və bir sıra bu kimi hallara görə, Qərb və Avropa dövlətlərinin sevimlisinə çevrilib. Amma Azərbaycan isə, guya Rusiya ilə yaxınlaşdığına, iqtisadi yardım etdiyinə, Rusiyanın tapşırığı ilə Ermənistana həmlə etdiyinə görə, Qərb və Avropa tərəfindən ardıcıl təzyiqlərə məruz qalır.

Kimin haqlı, kimin haqsız olduğunu görmək və düz nəticə çıxarmaq o qədər də çətin deyil. Gəlin səbrli olaq, tez nəticə çıxarmağa tələsməyək...

T. Abbas

 

0.014860868453979