D vitaminli əlavələr faydasız imiş - Alimlər

D vitaminli əlavələr faydasız imiş - Alimlər
 

D vitaminli əlavələr bu maddə çatışmazlığı olan uşaqlarda sümükləri möhkəmləndirmir və sınıq riskini azaltmır.

London Kraliça Mariya Universiteti ilə Harvard İctimai Səhiyyə Məktəbi arasında birgə əməkdaşlıq nəticəsində alimlər bu qənaətə gəliblər.

Tədqiqatın nəticələri “The Lancet Diabetes & Endocrinology” jurnalında dərc olunub.

Alimlər tədqiqatın gedişatında Monqolustanda yaşayan 6-13 yaşında 8 min məktəblini 3 il ərzində D vitaminli əlavələr qəbul etmək barədə təlimatlandırıblar. Qeyd olunur ki, sınaqda iştirak edənlərin 95,5 faizinin orqanizmində tədqiqat başlananda bu maddənin çatışmazlığı var idi.

Müdaxilə dövrü başa çatdıqdan sonra alimlər bəzi iştirakçıların sağlamlıq vəziyyəti barədə məlumatları yeniləyib və ultrasəs müayinəsinin köməyi ilə onların sümüklərinin möhkəmliyini dəyərləndiriblər. Məlum olub ki, əlavələrin qəbulu uşaqların və yeniyetmələrin nə sümüklərinin möhkəmliyinə, nə də potensial sınıq risklərinə heç bir təsir göstərməyib. Bununla yanaşı, üç illik eksperiment zamanı orqanizmdə bu maddənin çatışmazlığı aradan qaldırılıb.

Alimlər ehtimal ediblər ki, müsbət təsirin olmaması iştirakçıların kalsiumu eyni vaxtda D vitamini ilə birgə qəbul etməsi ilə şərtləndirilə bilər.

 

0.037423849105835