Bu kitabların Azərbaycana gətirilməsi qadağan olunub

Bu kitabların Azərbaycana gətirilməsi qadağan olunub
 

Ötən il dini dözümsüzlüyü, nifrət və ayrı-seçkiliyi təbliğ edən 150 adda kitabın Azərbaycana idxalının qarşısı alınıb.

Paralel.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında bildirilib.

Qeyd edilib ki, 2023-cü ildə ölkədə nəşr olunmaq məqsədilə dinşünaslıq ekspertizasına təqdim edilmiş 235 adda dini ədəbiyyata baxılıb, onlardan 11-nin çapı məqsədəuyğun hesab edilməyib

Həmçinin, ötən il 938 adda (730,3 min ədəd) dini təyinatlı ədəbiyyata yapışdırılması üçün nəzarət markaları verilib.

 

0.027957916259766