Nigar Camal polisə çağırıldı

Nigar Camal polisə çağırıldı
 

Müğənni Nigar Camal polis idarəsinə çağırılıb.

Paralel.az xəbər verir ki, bu barədə müğənni özü məlumat verib. O deyib ki, çağırılmasının səbəbi adından dələduzluq edilməsi ilə bağlıdır:

"Bu gün ərizə vermək üçün Bakı Şəhər Baş Polis İdarəsinə çağırıldım. Bir neçə gün öncə adımdan "TikTok" hesabı açıb, insanları şantaj edən şəxslə bağlı şikayət ərizəmi yazdım. Məsələ artıq hüquq-mühafizə orqanlarının nəzarətindədir. Daxili İşlər Nazirliyi başda olmaqla, məsələ ilə yaxından maraqlanan polislərimizə, Bakı Şəhər Baş Polis İdarəsinə öz təşəkkürümü bildirirəm. Yekun nəticə ilə bağlı yaxın günlərdə açıqlama verəcəyəm. Məsələni işıqlandıran bütün media orqanlarına isə minnətdaram”, - deyə o söyləyib.

Qeyd edək ki, Elşad Məmmədov adlı şəxs "Tiktok"da sənətçinin adına saxta hesab açaraq onun fanatlarına mesaj yazıb. O, pərəstişkarlarını Nigar Camalla görüşdürmək adı ilə pul toplayıb.

 

 

0.02020788192749