"Sizin nəyinizə fəxri ad versinlər?" - VİDEO

 

"Atalar bəzən elə söz deyib ki, yerinə düşmür. Deyirlər, insan yaşa dolduqca müdrikləşir. Bizim bəzi müğənnilər yaşa dolduqca başqa cür olurlar".

Axşam.az xəbər verir ki, bu sözləri prodüser Tarix Əliyev sosial şəbəkədə deyib. O, ad çəkmədən müğənnilərə səslənib:

"Çıxırlar efirdə nə gəldi danışırlar ki, təki onlardan yazsınlar. Orada bunları söysünlər, ölülərini, dirilərini çıxarsınlar. Bir həyatda özünüzə dəyər vermirsiniz, heç olmasa televiziyada fikirləşib danışın. Yaşlı adamlarsınız, özünüzə hörmət qoyun. Sabah deyəcəksiniz ki, mənə fəxri ad vermirlər. Sizin nəyinizə fəxri ad versinlər?"

 

0.028923034667969