Ən təhlükəli müsahibə suallarının cavabları
Almaniyada “CGİ AG” şirkətinin aparıcı məsləhətçisi, karyera kouçu Türkan Əkbərova yazır...
Axrıncı iş yerinizdən niyə ayrıldınız? Və ya hazırki iş yerinidən niyə ayrılmaq istəyirsiniz?
Note: səbəb neqativ olsa da, biz bir az “bəzəyib” deyəcəyik.
Cavablar:
- ❌ İş yoldaşlarım “toxic” idi.
- ✅ Özümü sizin iş mühitinə daha uyğun görürəm.
- ❌ İşim sıxıcı idi
- ✅ Gündəlik vəzifəm artıq rutin hal almışdı və uzun bir müddət idi ki, yeni bir şeylər öyrənə bilmirdim.
- ❌ İşimə nifrət edirəm.
- ✅ Bu iş kimi öz təbiətimə daha uyğun iş axtarıram.
- ❌ Müdirim toxic idi
- ✅ Özümü eyni dəyərləri bölüşdüyüm və uzun müddət işləyə biləcəyim bir şirkətdə təsəvvür edirəm.
- ❌ İxtisara düşmüşdüm
- ✅ İxtisara düşmüşdüm (deyin, narahat olmayın :) )
- ❌(Köhnə iş yerinizi pisləyən səbəblər)
- ✅ Hazırda tək sizin şirkətə müraciət etmişəm, məqsədim məhz sizin şirkətdəki, bu pozisiyadır.