Mənəvi sərhədləri aşıblar - Zelenski Avropa ölkəsini qınadı

Mənəvi sərhədləri aşıblar - Zelenski Avropa ölkəsini qınadı
 

Polşa-Ukrayna sərhədindəki vəziyyət çoxdan iqtisadiyyat və mənəviyyat sərhədlərini aşıb.

Paralel.az Ölkə.az-a isinad edərək xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski Polşa ilə sərhəddə yaranmış gərgin vəziyyəti şərh edərkən deyib.

O bildirib ki, artıq bir neçə aydır, Ukrayna-Polşa sərhədində yük maşınlarının hərəkətinin dayandırılıb və bu indiki üzləşdikləri vəziyyətdə heç bir dəyərə sığmır. "Bu problem təcili həllini tələb edir. Biz nəhayət, vəziyyətin həllini tapmalıyıq, xüsusən də həm iqtisadiyyat, həm də mənəviyyat hüdudlarını çoxdan aşıb.

Bir ölkənin qanının töküldüyü bir zamanda bundan daxili siyasi mübarizədə necə istifadə olunduğunu izah etmək sadəcə mümkün deyil. Lakin biz bunun öhdəsindən gələcəyik”, -  Zelenski əmin edib.

Mürtəza
Ölkə.Az

 

0.012366056442261