Tanınmış aparıcı televiziyadakı vəzifəsindən getdi
Tanınmış aparıcı Günel Gözəlova çalışdığı MTV Azərbaycan televiziyası ilə yollarını ayırıb.
Ölkə.Az xəbər verir ki, bu barədə jurnalist özü məlumat verib.
"Artıq bir aydır müvafiq kanalla əməkdaşlığımı dayandırmışam. Doğrusu, rəhbərlik 6 gün ərizəmə qol çəkmək istəmədi, ancaq sonda halallaşdıq", - deyə o qeyd edib.
Qeyd edək ki, telejurnalist indiyədək bir çox vəzifələrdə - Azərbaycan Dövlət Televiziyasında, “Lider TV və Azərbaycan Radiosu” MMC-də, Azərbaycan Memarlıq və İnşaat Universitetində Mətbuat katibi, Azərpoçt MMC-də İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri, daha sonra isə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Mətbuat Xidmətinin rəhbəri, nazirin sözçüsü, Beynəlxalq Avrasiya Mətbuat Fondunun Media və Təhsil sahəsi üzrə Vitse- Prezidenti kimi kimi fəaliyyətini davam etdirib.
O son olaraq 2023-ün iyulunda “MTV Azərbaycan” televiziya kanalının baş redaktoru təyin olunmuşdu.
Billurə