Yuxusunda onu gördüyü üçün sevgilisindən ayrıldı

Yuxusunda onu gördüyü üçün sevgilisindən ayrıldı
 

Amerikalı məşhur müğənni Billi Ayliş yuxusunda aktyor Kristian Beyli gördükdən sonra sevgilisindən ayrılıb.

Axşam.az xəbər verir ki, sənətçi bu etirafı müsahibələrinin birində edib:

"Bir neçə il əvvəl Kristian Beyli yuxumda gördüm. O günəş şüalarının düşdüyü kiçik bir kafedə idi. Sonra anladım ki, sevgilimdən ayrılmalıyam. Ciddiyəm, oyandım və elə bil özümə gəldim".

Billi ayrıldığı şəxsin adını açıqlamasa da, onun 2022-ci ildə münasibətinə son qoyduğu aktyor-ssenarist Metyu Tayler Uortdan danışdığı ehtimal edilir.

 

0.084022998809814