"Təhminə" obrazına görə peşman olub
Əməkdar artist Sənubər İsgəndərli "Beşmərtəbəli evin altıncı mərtəbəsi" filmində çəkilməsinə peşman olub.
Paralel.az xəbər verir ki, bu haqda aktrisa "Cümə axşamı" proqramında danışıb. S.İsgəndərli aparıcı Saleh Bağırovun "Dediniz ki, indiki ağlım olsaydı çəkilməzdim" sözlərinə belə cavab verib:
"Bir çox səbəbləri var idi. Film istədiyim kimi alınmadı. Ona görə peşman oldum".
Qeyd edək ki, "Beşmərtəbəli evin altıncı mərtəbəsi" 1996-cı ildə lentə alınıb. Ekran işində Təhminə obrazını Sənubər İsgəndərli canlandırıb.