“Qalatasaray” “Beşiktaş”ı məğlub edib

“Qalatasaray” “Beşiktaş”ı məğlub edib
 

Türkiyə Superliqasının 28-ci turunda “Beşiktaş” “Qalatasaray”ı qəbul edib.

Paralel.az xəbər verir ki, oyunu Halil Umut Melerin rəhbərlik etdiyi arbitrlər briqadası idarə edib.

Oyun erkən qolla başlayıb: artıq 2-ci dəqiqədə “Qalatasaray” Əl-Müsrətinin avtoqolundan sonra hesabda irəli çıxıb. Kərəm Dəmirbayın künc ötürməsindən sonra cərimə meydançasında yaranan qarışıqlıqda Əl-Müsrəti topu tora göndərib.

19-cu dəqiqədə “ağ-qaralar” hesabı bərabərləşdirməyə yaxın olublar: Milot Raşitsanın kornerdən atdığı top qapı tirinə dəyərək meydanı tərk edib.

40-cı dəqiqədə “sarı-qırmızılar” fərqi artırmağa cəhd etsə də, qapıçı Mərt Günokun inamlı oyunu komandanı qoldan xilas edib. Bənzər epizod bu dəfə “Qalatasaray”ın qapısı qarşısında olub: 61-ci dəqiqədə qapıçı Muslera Gezzalın zərbəsini dəf edib.

88-ci dəqiqədə “Beşiktaş”ın müdafiəçisi Omar Kolli sərt oyuna görə qırmızı vərəqə alaraq matçdan qovulub.

Beləliklə, oyun qonaqların minimal üstünlüyə ilə başa çatıb – 0:1.

 

0.022100925445557