FİFA prezidenti bu ideyanı rədd etdi: boş söhbətdir

FİFA prezidenti bu ideyanı rədd etdi: boş söhbətdir
 

FİFA prezidenti Canni İnfantino matç zamanı beyin silkələnməsi keçirdiyi ehtimal olunan oyunçuların müvəqqəti əvəzlənməsi ideyasını rədd edib.

Paralel.az xəbər verir ki, futbolçuların həmkarlar ittifaqı bu ideya ilə çıxış edibi, lakin İnfantino son əvəzedicilərin saxlanılmasının tərəfdarı olduğunu söyləyib.

“Biz araşdırmalarımızı etdik. Tibb mütəxəssisləri bir neçə dəqiqə ərzində beyin silkələnməsinin olub-olmadığını dəqiq müəyyən etməyin mümkün olmadığını bildiriblər. Ya da nə qədər ciddi olduğunu müəyyən etmək asan deyil.

Beyin sarsıntısı şübhəsi varsa, oyunçu dəyişdirilməlidir. Əgər futbolçunun səhhəti sizi narahat edirsə, o zaman o, meydanı tərk edir, başqası daxil olur. Və geri qayıtmaq olmaz. Bu seçim oyunçunu tamamilə qoruyur. Qalan hər şey boş söhbətdir, əsas odur ki, oyunçuların təhlükəsizliyi üçün heç bir narahatlıq yoxdur”, – “Sky News” İnfantinodan sitat gətirir.

 

0.017745971679688