Ukrayna 38 PUA ilə Krıma hücum etdi

Ukrayna 38 PUA ilə Krıma hücum etdi
 

Rusiya hava hücumundan müdafiə sistemləri bir gecədə Krım üzərində Ukraynaya məxsus 38 PUA-nı məhv edib.

Paralel.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Bu gecə Ukraynanın Rusiya ərazisindəki obyektlərə 38 PUA vasitəsi ilə terror aktı törətmək cəhdinin qarşısı alınıb. Bütün PUA-lar hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib”.

 

0.084081888198853