"Nənəmin və babamın qəbrini dağıdıblar" - Zaur Baxşəliyev
"Günay heç vaxt hardasa oturanda zəng etmir ki, gəl. Qadınlar var ki, ərinə yüz dəfə zəng vurur, hardasan, tez gəl, evdə filan şey yoxdur. Adamın başını xarab edirlər. Günay etmir. Amma oğlum edir, betərdir. Nəfəsimi kəsib. Axşamlar təmiz havaya çıxırdım, artıq edə bilmirəm. Bir həftədir Günay yoxdur, darıxıram".
Bu sözləri aparıcı Zaur Baxşəliyev aparıcısı oldu proqramda deyib. Həyat yoldaşı Günay Baxşəliyevadan danışan aparıcı xanımının bir həftədir səyahətə getdiyini bildirib.
Z.Baxşəliyev Şuşaya getməsindən də bəhs edib:
"Vətən müharibəsi şəhidlərinin sayəsində Qarabağ alındı. Getdim Şuşaya, nə nənəmin, nə babamın qəbrini tapdım. Bir nişanə belə qalmayıb. Hamısı dağıdılıb. Gedirsən ki, ziyarət edib, görəsən. Amma yoxdur. Adama təsir edir".