Kişilərin ən çox danışdığı yalanlar - SİYAHI

Kişilərin ən çox danışdığı yalanlar - SİYAHI
 

Kişilərin münasibətlərdə zaman-zaman yalan danışmağa meylli olduqları görülə bilər. 

"Posta" qəzeti xəbər verir ki, müxtəlif səbəblərdən danışılan bu yalanlar bəzi hallarda münasibətlərin bitməsinə belə səbəb ola bilər.

Odur ki, kişilərin partnyorlarına və ətrafdakılara ən çox danışdığı yalanları təqdim edirik:

"Vecimə deyil"

Kişilər partnyorunu və ya dostunu sakitləşdirmək üçün əslində onları narahat edən bir vəziyyəti inkar edə bilərlər. Lakin bu, həmin məsələnin əslində onlar üçün vacib olduğunu göstərir.

"Yemək bişirmək uşaq oyuncağıdır/ Yemək bişirməyə nə var ki..."

Bir çox kişilər yemək hazırlamağı çətin və ya vaxt aparan hesab etsə də, bəziləri bunu asan bir şey kimi təqdim edə bilər.Amma çox vaxt bu yalan əslində yemək bişirməkdən zövq almadıqları mənasına gəlir.

"Nə dəxli var?"

Bəzi kişilər xüsusən də bir mövzudan qaçmaq istədikləri zaman “nə dəxli var?” deyərək əslində dəstəklədikləri mövzuları inkar edirlər.

"Hər şey sənin xoşbəxtliyin üçündür"

Partnyorlarını xoşbəxt etmək istədiklərini deyən kişilər əslində öz istəklərini yerinə yetirməyə fokuslana bilərlər. Başlanğıcda bu cümlə romantik və şirin səslənsə də, uzun müddətdə manipulyasiya və nəzarət cümləsinə çevrilə bilər. Diqqətli olmaq lazımdır.

"Bu dəqiqə həll edirəm"

Bir iş və ya tapşırıq haqqında “mütləq bu dəqiqə həll edirəm ” deyən kişilər bu vədi yerinə yetirməyi bəzən gecikdirə və ya unuda bilərlər. Bu, bəzən onların həvəsli olduqlarını göstərmək üçün dediyi yalandır.

"Daha əvvəl heç vaxt belə hiss etməmişəm"

Kişilər qarşısındakı qadını ələ almaq üçün olmayan şeyləri söyləməyə və ya olanları şişirtməyə meylli ola bilərlər. Ən çox yalan danışdıqları və şişirtdikləri şeylərdən biri də hissləridir. "Daha əvvəl heç vaxt belə hiss etmədiyini" deyən hər kişini günahlandıra bilmərik, amma bu klişeni ifadə edən kişilərin 99%-i yalan danışır.

Bu yalanlar kişilərin özlərini və ya münasibətlərini qorumaq və ya asanlaşdırmaq üçün söylədiyi ümumi ifadələrdir.

 

 

0.024018049240112