Hamilə xanımına xəyanət etdi - FOTO
Həyat yoldaşı İqor Sivov 33 yaşlı müğənni Nyuşa Şuroçkinaya xəyanət edib.
Axşam.az xəbər verir ki, konsertlərin birində görüntülənən İqor bir xanımla əylənərkən dodaq-dodağa paparatsilərin obyektivinə tuş gəlib.
Bundan əvvəl Nyuşanın nikah üzüyünü çıxardığı və Yeni ili İqor olmadan keçirtidiyi iddia edilib. Hazırda ikinci övladlarına hamilə olan ifaçının İqordan ayrılacağı, yoxsa onu bağışlayacağı mazakirə olunur.
Belə ki, İqor hamiləliyi dövründə ifaçını bir dəfə də aldadıb və Nyuşa onu bağışlayıb. Müğənni həmin ərəfədə boşanması ilə bağlı şayiələri təkzib edib.
Qeyd edək ki, Nyuşa ilə İqorun daha bir qızı var. Yeni doğulacaq körpə isə İqorun dördüncü övladı olacaq.