"Anam sevdiyim adamı əlimdən alıb evləndi" - Dünya ulduzunun ailəsində qalmaqal - FOTO

 

ABŞ-li aktrisa və müğənni Mayli Sayrusun ailəsində yaşananlar gündəmi çalxalayıb.

Paralel.az xarici KİV-ə istinadla xəbər verir ki, Maylinin bacısı Noah anasının onun sevdiyi adamı əlindən aldığını iddia edib.
"US Weekly" yazır ki, 24 yaşlı Noah 54 yaşlı ögey atası Dominik Pörsellə əvvəlcədən münasibəti olduğunu deyib:

"Onunla görüşürdüm. Anam maraqlandığım adamı oğurlayıb evləndirdi" - Noah deyib.

Nəşr həmçinin əlavə edib ki, Noahın anası Tiş Sayrus qızı ilə Dominik arasındakı münasibətdən xəbərdar olsa da, buna əhməiyyət verməyib.

Sayrus ailəsinə yaxın mənbələr isə iddiaları təkzib edib və Noahın problemli övlad olduğunu bildirib. Qeyd edilib ki, 24 yaşlı müğənni anası ilə danışmadığı üçün özünü yazıq göstərməyə çalışıb və belə bir yalan uydurub. 

ABŞ KİV-i yazır ki, Tiş Sayrus Noahın problem yaradacağından qorxaraq onu toyuna dəvət etməyib.

Deyilənə görə, Noah və anası Tiş arasındakı əsl problem isə ulduz müğənni Mayli Sayrusla bağlıdır. Belə ki, Tiş Sayrsun illərdir Mayliyə diqqət yetirməsi və onu digər uşaqlarından üstün tutmasının bacısının qısqanclığına səbəb olduğu bildirilir.

Qeyd edək ki, Kantri musiqisinin ən məşhur müğənnilərindən olan Billi Rey Sayrus həm həyat yoldaşı, həm də meneceri olan Tiş Sayrusdan 2022-ci ildə boşanıb.
Keçən yay həm Tiş Sayrus, həm də Billi Rey Sayrus hər biri yenidən evlənib. Cütlüyün 5 övladı içərisində ən məşhuru aktrisa, müğənni və bəstəka Mayli Sayrusdur. Onun bacısı Noah Sayrus da müğənnilik və aktrisalıqla məşğuldur.

 

 

0.018181085586548