"Sürdüyüm maşın da kirayədir" - Mehriban Xanlarova

 

"Evimin şəraitsiz olduğunu göstərəndə sosial şəbəkədə yazdılar ki, gündə bir paltar geyinir və eynək taxır. Verilişlərə gedəndə geyinməliyəm. Niyə geyinməyim, gözlük taxmayım?".

Paralel.az xəbər verir ki, bu sözləri Əməkdar artist Mehriban Xanlarova "Rəngarəng səhər" proqramında deyib. Aktrisa geyimlərinə görə tənqid olunmasından danışıb. O bildirib ki, sosial şəbəkədə ona hər gün mənfi rəylər yazırlar:

"Bunu demişəm, geyimlərim kirayədir. Hətta sürdüyüm maşın da kirayədir. Maaşımı alan kimi evdəkilərə xərcləyirəm. İstəmərəm ki, anam qonşudan bir duz da alsın. Özüm yemərəm, amma evdəkilərə alaram".

 

0.015427112579346