Xəzər İbrahim mina problemi barəsdə ABŞ ictimaiyyətini məlumatlandırdı

Xəzər İbrahim mina problemi barəsdə ABŞ ictimaiyyətini məlumatlandırdı
 

Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim ABŞ-nin paytaxtı Vaşinqton şəhərində fəaliyyət göstərən “Xəzər Siyasət Mərkəzin”in hibrid formada təşkil etdiyi tədbirdə çıxış edib.

Paralel.az xəbər verir ki, tədbirdə səfir Azərbaycanda və Xəzər regionunda baş verən yeniliklər, inkişaflar, eləcə də ölkəmizin gələcəyi haqqında auditoriyanı ətraflı məlumatlandırıb.

Səfir çıxışında Azərbaycan-Ermənistan arasında sülh danışıqları, Azərbaycanın Qarabağ iqtisadi regionunda mövcud olan mina problemləri, işğaldan azad olunmuş ərazilərin dağıdılması, Qarabağ regionunda mövcud olan məscidlərin tamamilə məhv edilməsi barəsində qonaqlara məlumat verib.

Səfir habelə Azərbaycan Prezidenti İlham Əliyevin liderliyi və təsdiq etdiyi proqramlar çərçivəsində Qarabağ regionunu yenidən qurulması, məcburi köçkünlərin öz doğma torpaqlarına geri qayıtması məqsədilə görülən işlər barədə, işğaldan azad edilmiş regionlarda iqtisadi və yaşıl zonaların yaradılmasından bəhs edib.

Tədbirin sonunda sual-cavan sessiyasında səfir X. İbrahim müxtəlif mövzularda auditoriyanı maraqlandıran suallara aydınlıq gətirib.

 

0.011392116546631