Muradın eks-xanımı Ebruya səsləndi

Muradın eks-xanımı Ebruya səsləndi
 

Xəbər verdiyimiz kimi, 49 yaşlı müğənni Ebru Gündəş fevralın 27-də iş adamı Murad Özdəmirlə ailə qurub.

Axşam.az-ın məlumatına görə, ifaçının həyat yoldaşı Muradın eks-xanımı Selin Kabaklı "Posta"ya açıqlamasında "Evliliyiniz əsnasında əriniz sizə Ebru ilə xəyanət edib" sualını cavablayıb:

"Bu ilk və son açıqlamamdır. Ebru "abla" (böyük bacı - red.) ümid edirəm mənə yaşatdıqlarını və yaşadılanları yaşamazsan. Hər kəsin yolu açıq olsun".

"Söylemezsem olmaz" proqramının aparıcıları da Selindən açıqlama almağa çalışıblar.

"Mənim efirə çıxmağıma ehtiyac olsaydı bunu iki il əvvəl edərdim. Xahiş edirəm, yaralı ana və 5 yaşlı qızını gözardı etmədən danışın. Mən danışsam, yazılan bütün xəbərlər zibilliyə gedər, yer yerindən oynayar. Amma bunu etməyəcəyəm. Çünki bir qızım var. Onu düşünən və qoruyan anayam. Kiminsə ahı kimdəsə qalmaz. Şouları gülərək izləyirəm" deyə, Muradın eks-xanımı vurğulayıb.

Qeyd edək ki, iki dəfə evli olan Muradın 3 övladı var. E.Gündəş isə 3 dəfə ailə qurub və boşanıb. Onun keçmiş həyat yoldaşı, Cənubi azərbaycanlı iş adamı Reza Zarrabdan bir qızı var.

 

0.0156569480896