Bu metronun yaxınlığındakı evlər bahalaşıb

Bu metronun yaxınlığındakı evlər bahalaşıb
 

"Nəriman Nərimanov metrostansiyasına yaxın ərazidə birotaqlı evlər 100-110 min manat civarındadır".

Bunu İqtisadiyyat.az-a açıqlamasında əmlak eksperti Ramil Qasımzadə deyib.

Onun sözlərinə görə, bu ilin birinci yarısında əmlak bazarında hansısa bahalaşmanın baş verməsi gözlənilmir: 

"Çünki ipoteka kreditlərinin vətəndaşlara verilməsinə başlanılıb. Əvvəlki illərlə müqayisədə bu il ipoteka kreditləri verilən zaman bahalaşma yaşanmadı. Təkrar mənzil bazarında, "Xruşşovka" layihəli binalarda ipoteka yolu ilə verilən evlər təxminən 70 min manatdan başlayaraq 100 min manata qədər dəyişir. Nəriman Nərimanov metrostansiyasına yaxın ərazidə birotaqlı evlər 100-110 min manat civarındadır. Ərazidən asılı olaraq, ikiotaqlı evlər 100-140 min manata, üçotaqlı evlər isə təxminən 120-140 min manata təklif olunur. "Leninqrad" layihəli binalarda isə qiymət 80 min manatdan başlayaraq təklif olunur".

"Mərkəzə yaxın ərazilərdə birotaqlı evlərin qiyməti 120 min manata yaxındır. Yeni tikililərdə qiymət bir kvadratmetr üçün mərkəz hissələrdə təxminən 2200-2500 manat, kənar ərazilərdə isə 1200-1500 manat ətrafında dəyişir" - ekspert bildirib.

 

0.035413026809692