Avtomobil almaq istəyənlərə VACİB XƏBƏRBazarda bu maşınlar olmayacaq

Avtomobil almaq istəyənlərə VACİB XƏBƏR – Bazarda bu maşınlar olmayacaq
 

Böyük həcmli mühərriki olan avtomobillərin qiyməti kəskin azalıb. Tələbin azalmasına dizel və hibrid mühərrikli avtomobillərin idxalının artması ciddi təsir göstərib. 

Xüsusilə də bu hal mühərrik həcmi böyük olan avtomobillərin satışına təsir edib. Bəzi avtomobillərin dəyərində 30%-dən çox ucuzlaşma müşahidə olunur. Bəs görəsən bu tendensiya nə qədər davam edəcək? 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı-ekspert Elmir Səfərli bildirib ki, benzinlə çalışan avtomobillərin qiymətində azalma uzun müddət davamlı olacaq.

“Həm benzinlə işləyən avtomobillərin sayında, həm də yüksək mühərrikli avtomobillərin qiymətində azalma müşahidə olunacaq. Bunun bir çox səbəbləri var. Birinci səbəb ondan ibarətdir ki, elektrik və hibrid maşınların Azərbaycana daxil olmasında gömrük güzəştləri var və bu gömrük güzəştlərindən dolayı elektrik mühərrikli yeni avtomobillərin daha avantajlı hesab olunur. 

Bu baxımdan belə növ avtomobillərə maraq artdığı üçün benzinlə işləyən maşınların sayında azalma baş verir. Təbii ki, ikinci tərəfdən son 3 il ərzində benzinin qiymətində artımlar müşahidə olundu. Düzdü, hazırda qiymətlər sabitləşib, amma bu artımlar da təbii olaraq böyük həcmli və benzinlə işləyən avtomobillərin sayına təsir edir”. 

Ekspertin sözlərinə görə, insanlar daha çox dizel və hibrid mühərrikli avtomobillərə üstünlük verir.

“İnsanlar daha ekonom və daha az sərfiyyatlı maşınlara üstünlük verir. Xərclər baxımından insanlar çalışır ki, daha aşağı xərc tələb edən avtomobillər alsın. Bu baxımdan həm dizel, həm də elektriklə çalışan avtomobillər daha çox tələb olunur. Digər tərəfdən onların ölkəyə idxalında gömrük rüsumları kəskin dərəcədə fərqlənir. Onların idxalı benzinə nisbətən qat-qat daha ucuz başa gəlir. Bu baxımdan avtomobil istehsalçıları da bu növ maşınların ölkəyə gətirilməsinə üstünlük verir. Tendensiya uzunmüddətli davam edəcək və müəyyən mərhələdən sonra dizel və elektrik mühərriklərin istifadəsi daha da artacaq”.

 

 

0.13746786117554