29 fevral haqqında bilmədiyiniz 11 maraqlı FAKT

29 fevral haqqında bilmədiyiniz 11 maraqlı FAKT
 

29 fevral 4 ildən bir təkrarlanan tarix olduğu üçün bütün dünyada xüsusi gün hesab olunur.

Ölkə.Az 29 fevralla bağlı 11 maraqlı faktı təqdim edir:

1. Fevralın 29-da dünyada cəmi 5 milyona yaxın insan doğulub. Bu gündə doğulma şansınız 1461-də 1-dir.

2. 29 fevralda doğulan insanlara "sıçrayışçılar" deyilir.

3. Sıçrayışçılar ad günlərini nə vaxt qeyd edəcəklərini seçirlər. Onlar  adətən bu xüsusi günü 28 fevralda və ya 1 martda qeyd edirlər.

4. Xanımların İmtiyazları Günü kimi tanınan 29 Fevralda İrlandiyada qadınların rəqslərə başlaması və ya kişilərə evlilik təklifi etməsi ənənəsi var.

5. Dünyanın bir çox yerində insanlar 29 fevralın uğur gətirəcəyini düşünsə də, tamamilə əks fikirdə olanlar da var. Belə ki, Şotlandiyada sıçrayış günündə doğulanların uğursuz bir həyat sürəcəyi deyilir. Yunanlar isə sıçrayış ilini evlənmək üçün uğursuz vaxt hesab edirlər. Onlar düşünür ki, bu izdivac mütləq boşanma ilə nəticələnəcək.

6. 29 fevralda doğulan biri 32 yaşındadırsa, əslində, bu tarix 4 ildən bir təkrarlandığına görə, 8-ci doğum gününü qeyd etmiş olur.

7. İngiltərədə valideynlər üçün xüsusi sıçrayış ili kokteyli var. 1928-ci ildə Londonun Savoy otelində 29 fevral şənliyi üçün Harri Kraddok tərəfindən hazırlanmış bu qarışığın tərkibində cin, şirin vermut, "Grand Marnier" və limon suyu var. 

8. Dünyada 29 fevralda doğulan ardıcıl üç nəsil doğulan  yeganə ailə Keoqlardır. Belə ki, Piter Entoni Keoq 1940-cı ildə İrlandiyada, onun oğlu Piter Erik 1964-cü ildə Böyük Britaniyada, nəvəsi Bethani Velth isə 1996-cı ildə Böyük Britaniyada anadan olub. Ata, oğul və nəvə 29 fevralda doğularaq bu göstəriciyə görə Ginnesin Rekordlar Kitabına düşüb.

9. Astroloqlar inanırlar ki, 29 fevralda doğulan insanlar qeyri-adi istedadlara malikdirlər.

10. Fevralın 29-da həm doğulub, həm də vəfat etdiyi məlum olan yeganə görkəmli şəxs Tasmaniyanın Baş naziri Ser Ceyms Vilson (1812-1880) idi.

11. Rusiyada sıçrayış ilinin daha çox qəribə hava nümunələri və daha çox ölüm riski gətirəcəyinə inanılır. Əkinçilik folklorunda deyilir ki, sıçrayış ilində əkilən lobya və noxud yanlış şəkildə böyüyür.

Billurə Yunus

 

0.01780891418457