Dünyanın ən bahalı toyunda Rihanna çıxış edəcək

Dünyanın ən bahalı toyunda Rihanna çıxış edəcək
 

Hindistanın ən zəngin ailələrindən biri olan Mukeş Ambani oğluna üç gün toy etməyə hazırlaşır.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, toyda dünyaca məşhur müğənni Rihanna iştirak edəcək.

Toy cümə günü başlayacaq və qonaqlara xüsusi geyim siyahısı göndərilib.

Mərasim daha sonra bəyin idarə etdiyi heyvanları mühafizə mərkəzində davam edəcək. Qonaqlar toyun ikinci günü vəhşi heyvanlarla dolu ərazidə vaxt keçirə biləcəklər.

Mark Zukerberq və Bill Qeytsin də toyda iştirak edəcəyi bildirilib.

Xatırladaq ki, 2018-ci ildə Ambaninin qızının toyunda Beyonse çıxış edib. Toyda iştirak edənlər arasında Hillari Klinton və Lakşmi Mittal olub.

Qeyd edək ki, Mukeş Ambani 116 milyard dollarlıq sərvətlə Asiyanın ən varlı adamı titulunu qoruyur. Forbes siyahısında o, dünyanın 11-ci ən varlı adamı kimi qeyd olunub.

Günay

 

0.021421194076538