"Bir çox layihəmi yox etdi" - Natavan

 

Müğənni Natavan Həbibi yeni albom hazırlayan zaman başına iş gəlib.

Axşam.az xəbər verir ki, sənətçi bu haqda özü məlumat yayıb. O bildirib ki, albom hazırlayan zaman hard disk yanıb və layihəsi yarımçıq qalıb:

"Yarım ada" mahnısını alboma salmadıq ki, "hard disk" yanıb və bir çox layihələrimizi yox edib".

Natavanı təəccübləndirən isə daha sonra mahnısını TikTok-da görməsi olub:

"İndi TikTok-da yayılır. Mən də beləcə, mahnılarımı dinləmiş oluram. Nə deyim? Xeyirlisi".

 

0.043735027313232