Ebru Gündeşin evlənməsinə Rza Zərrab da səssiz qalmadı - FOTO
Xəbər verdiyimiz kimi, 49 yaşlı müğənni Ebru Gündeş 37 yaşlı iş adamı Murad Osman Özdemirlə ailə qurub.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, sənətçinin evlilik xəbərləri maqazin gündəmini zəbt etməyə davam edir. Belə ki, əslən azərbaycanlı olan Rza Zərrab keçmiş həyat yoldaşının ailə qurmasına səssiz qalmayıb. O, bu barədə instaqramda paylaşım edib. Rza Zərrabın “Hər kəsin yolu layiq olduğuna açıq olsun” deməsi gündəm yaradıb. Onun bu sözləri Ebruya ünvanlandığı iddia edilir.
Qeyd edək ki, Ebru Gündeş Rza Zərrabla 2010-cu ildə evlənib. Onların bu nikahdan Alara adlı bir qızları var. Rza Zərrab Türkiyədə həbs olunduqdan və Amerikaya köçdükdən sonra cütlüyün münasibətləri korlanıb. Onlar 2021-ci ildə qalmaqallı şəkildə ayrılıblar.
Bundan başqa, Murad Osman Özdemirin keçmiş həyat yoldaşı Selin Kabaklı da ailəsinin dağılmasında Ebrunu günahlandırıb.