Bahar canlı və cansız aləmlərin yenidən bir yerə yığılmasıdır
Bahar canlı aləmin oyanması, yenidən bir yerə yığılması, yeni həvəslə birlikdə yaşamağa başlamasıdır.
Yaz fəsli təbiətin oyanışı, yenilənməsidir. Havada və torpaqda hərarətin artması, gündüzün uzanması, qışın ümumi sükutundan sonra canlı aləmi yenidən hərəkətə gətirir.
Baharda, təbiətdə ecazkar bir aura olur. Burada qeyri-üzvi aləm, su, torpaq, işıq, külək üzvi aləmə-bütün canlılara doğru təkamül etməyə, ona qovuşmağa meyl edir. Bəlkə də qeyri-üzvi aləmdən üzvi aləmə keçiddə baharın xüsusi rolu olmuş, təkamülə əlavə hərəkətverici qüvvə rolu oynamışdır. Bəlkə də əksinə, qeyri-üzvi aləmdən üzvi aləmə keçidin aurası baharı yarat-mışdır. Hər halda bahar təbiətin canlı və cansız komponentlərinin tamlığını, vəhdətini göstərən, əyani sübut edən məqamdır.
Bizim sadə yanaşdığımız çayın, yarpaqların, quşların, heyvanların, insanın səsləri, çiçəklərin, yarpaqların, bitkilərin qoxuları, görünüşlərinin tək-tək və qarşılıqlı, kombinasiyalı təsirləri vardır. Bu təsirlər cansız və canlı aləmdə, eləcə də insanlarda müxtəlif mahiyyətli dəyişikliklərə səbəb olur. Məsələn, elm müxtəlif musiqilərin bitkilərin inkişafına təsirini sübut etmişdir. Eyni zamanda suyun qırağında bəd, pis, qarğış kimi sözlərlə, Allaha edilən duanın, Quran oxunuşunun su molekullarının düzülüş formalarına təsir etməsi də sübut edilmişdir. Xüsusi quraşdırılmış cihazlar canlı ağaca vurulan hər bir baltadan sonra ağacda əmələ gələn iniltiyə bənzər səslər qeydə almışlar. Bir sözlə, canlı təbiət özü bütövlükdə kənar təsirləri, o cümlədən ekoloji faktorların dəyişməsini hiss edir və adekvat cavab verir. Baharda bu qarışılıqlı təsirlər nəticəsində, təbiətdə yeni ab-hava yaranır, həyat yenidən canlanır.
Bitkilərin inkişaf tarixi göstərir ki, çiçəkli bitkilər Mezazoy erasının Tabaşir dövründə yer üzünə yayılmağa başlayır.
Artıq III dövrdə bütün dünyanın çoxunu əhatə edən, əsasən isti, yağışlı Tropik iqlimi diferansiallaşır və nəticədə yekcins Tropik flora 6 böyük flora vilayətinə ayrılır.
Kaynazoy erasının III dövrünün Paleosen və Eosen mərhələlərində iqlim isti və rütubətli olmuşdur. Bu dövrdə Poltav florası- əsasən həmişəyaşıl bitkilər üstünlük təşkil etmişdir. Üçüncü dövrün Oliqosen mərhələsinin əvvəlirindən etibarən həmişəyaşıl Poltav florasını yarpaqlarını tökən Turqay florası əvəz etməyə başladı
III dövrün əvvəllərinə qədər hökm sürən tropik iqlim şəraitində yayılmış həmişəyaşıl bitki növlərinin bəziləri mülayim və soyuq iqlimə uyğunlaşmaq üçün yarpaqlarını tökən formalara keçid edirlər: Məsələn relikt növlər olan dəmir ağac, monqol palıdı, Şabalıd yarpaq palıd, Nəhəng ağcaqayın və.s. bu bitkilərdə qışda yarpaqlar qurusalar da, tökülməyərək budaqlarda qalırlar. Bu isə həmin növlərin çox güman ki tropik iqlimin hökmran olduğu, hələ differansasiya etmədiyi tabaşir dövründə və III dövrün əvvələrində geniş yayılmış həmişəyaşıl Poltav florasının elementləri olduğunu söyləməyə əsas verir. Yarpaqların tökülməsi bitkilərin təkamülündə yeni mərhələ olub, soyuğa dözməyə imkan verən mühümm təkamül dəyişikliyidir.
Ümumiyyətlə soyuq iqlimin yaranması qışı keşirmək üçün bitki və heyvanlar aləmində yeni təkamül dəyişikləri yaratmışdır. Bitkilər yarpaqlarını tökməklə, heyvanlar qış yuxsuna getmək, torpağın dərinliyinə getməklə- hərəsi bir yolla soyuqlardan, qidasızlıqdan qorunurlar. Bahar bir növ canlı aləmin yenidən bir yerə yığılması, yeni həvəslə birlikdə yaşamağa başlamasıdır.Azərbaycan xalqı bu məqamı məhz bayram kimi-şərşənbələr, Novruz bayramı kimi qeyd edir.
İnsanlr da baharda təbiətlə yenidən qovuşur. Əkin, ağac əkir, torpaqla, bitkilərlə təmasda olur.
Baharın gəlişi biloqlar üçün də vacib məqamdır. Toxum əkmək, cücəriləri, tingləri, bitkinin bütün ontogenezini müşahidə etmək, təhlillər aparmaq başlayırlar.
Yaradıcı insanlar da baharı sevirlər. Təbiət onların ilham mənbəyidir.
Sadıq Qarayev, Biologiya üzrə fəlsəfə doktoru, dosent.
AR ETN Botanika İnstitunun aparıcı elmi işçisi.
Paralel.az