Aysun həyat yoldaşı ilə bağlı AÇIQLAMA VERDİ - VİDEO

Aysun həyat yoldaşı ilə bağlı AÇIQLAMA VERDİ - VİDEO
 

Müğənni Aysun İsmayılova ikinci evliliyindən danışıb.

Sənətçi sosial şəbəkə hesabında ona evliliyi ilə bağlı verilən saysız-hesabsız suallara həyat yoldaşı vəkil Ramil Vəliyevlə avtomobildə gedərkən paylaşdığı videoaçıqlaması ilə cavab verib.

Aysun həyat yoldaşının üzünü gizlətməsinə belə reaksiya bildirib:

"Hər şənbə və bazar həyat yoldaşımla səhər yeməyinə gedirik. Hamı rəylərdə yazır ki, niyə həyat yoldaşını göstərmirsən, onsuz da bilirik o, kimdir. Ona görə göstərmirəm ki, həyat yoldaşım boş-bekar və avara insan deyil.

O, ali savadlı, şou-biznesə aid olmayan şəxsdir. Bu, mənim şəxsi həyatımdır. Mən şəxsi həyatımla bağlı, daha dəqiq desək ikinci evliliyimlə bağlı heç bir açıqlama verməyəcəkdim, sadəcə hər kəs bu məsələ ilə bağlı soruşduğu üçün 2 aydan sonra açıqlama verdim ki, 2-ci dəfə ailə həyatı qurmuşam".

Aysun İsmayılova daha sonra paylaşımında vəkil əri Ramil Vəliyevlə Dağüstü parkda gəzinti zamanı əl-ələ tutmasının görüntüsünü çəkərək səhifəsində yayımlayıb.

Müğənni həmin kadrlara ərinin adını da işarələyib.

Qeyd edək ki, Aysun İsmayılova ötən ilin mayında həyat yoldaşı Eşqin Cəlilovdan rəsmi şəkildə boşanıb. Aysunun anası müğənni Rəqsanə İsmayılova boşandıqdan sonra qızının həyat yoldaşı Eşqin tərəfindən dəfələrlə döyüldüyünü və təhqirlərə məruz qaldığını söyləyib.

Daha sonra Eşqin hüquq mühafizə orqanları tərəfindən saxlanılıb və barəsində 30 sutka həbs qərarı çıxarılıb. Bundan sonra Aysun şikayət ərizəsini geri götürdüyü üçün Eşqin azadlığa çıxıb.

© Bizim.media

 

0.015949010848999