Küsülü olduğu qardaşından danışdı

Küsülü olduğu qardaşından danışdı
 

Stilist Kemal Doğulu küsülü olduğu qardaşı, aktyor Kadir Doğulu ilə bağlı açıqlama verib.

OLAY yazır ki, o, Kadirlə sadəcə qan bağı olduğunu deyib. 

“Mənim onunla sadəcə qan bağım var. Bacı-qardaşımızı seçə bilmirik. Bu bir məcburiyyətdir. Qan bağım olan hər kəslə qohum olduğumu düşünmürəm. Bu bütün qohumlarıma aiddir. Mən digər bacı-qardaşlarımla həm də dostam, amma Kadirlə yox”, - deyə, o, bildirib.

Kemal jurnalistlərin Kadirin həyat yoldaşı, aktrisa Neslihan Atagülə xəyanət etməsi ilə bağlı suallarını da cavablandırıb:

“Kadir bu günə qədər münasibətdə olduğu heç bir qadına xəyanət etməyib. Qardaşımı tanıyıram, Neslihana da xəyanət etməyib”.

 

0.020610809326172