Dodaqları qocalmadan necə qoruyaq?
İnsanın yaşlandığını göstərən əlamətlərdən biri də dodaqların dəyişməsidir.
“Medicina” xəbər verir ki, dermatoloq Kristina Baqdasarova üzdə ən çox gözə dəyən dodaqların tez qocalmasının səbəblərini açıqlayıb.
“Çox geniş gülüş forması, ağzı büzmək vərdişi və dodaqları dişləmək erkən qocalmaya səbəb ola bilir.
Dodaqları gərginlikdən sıxmaq da onlara qan dövranını pozduğu üçün quruyur, göyərir.
Üst çənə diş cərgəsinin pozulması, dişlərin düşməsi, hündürlüyünün azalması da üzün aşağı üçdə birinin qısalmasına, yaşlanmasına səbəb olur.
Dodaqlar üçün baza dişlərdir. Dişlərdə problem olan kimi dodaqlar içəri qatlanır, nazilir. Dodaqları qorumaq üçün vaxtında stomatoloqa müraciət etmək lazımdır.
Hətta üz-çənə ortopediyası lazım ola bilər. Dodaq üstü kiset qırışların yaranmasının səbəbi dodaq ətrafı dairəvi əzələlərin hipertonusudur.
Dodaqların gəncləşməsi üçün masaj, kosmetoloji prosedurlar lazımdır.
Evdə dodaq təravətləndirici skrab: qəhvəyi şəkər və bal. Hərəsindən 1 çay qaşığı qarışdırıb, yuyulmuş dodaq dərisinə masaj hərəkətləri ilə çəkib, 10 dəq sonra isti su ilə yuyun”.